Gözəl təbiətə, münbit torpağa və iqlimə malik olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bu rayona səfəri zamanı Qubadlı əməliyyatının təfərrüatlarını açıqlayan dövlətimizin başçısı qeyd edib ki, düşmən şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkamlar qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcəklər.
Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 20 min hektarlıq Dövlət Təbiət Yasaqlığı yerləşirdi. Burada yaşı 150-1600 illər arasında olan nadir növlərdən ibarət 10-dan çox iri gövdəli ağac təbiət abidəsi kimi qorunurdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Rayonun faydalı qazıntı ehtiyatları ilə zəngin bir məkandır . Qubadlı, həmçinin qiymətli tikinti materialları ehtiyatları, yeraltı şirin su yataqları ilə zəngin diyar idi. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Bunlar hamısı Azərbaycan xalqının halal sərvətidir. Bütün dünya bunu bilsin və bir daha var-dövlətimizə göz dikənlərin gözləri bircə yumruqla töküləcək.
Qubadlının azad edilməsi nəticəsində bir sıra üstünlüklərəldə edildi. Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı.Müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi
Ələkbər Dövlətov,
Lənkəran-Regional Qaz İstismarı İdarəsinin
rəisinin Cəlilabad rayonu üzrə müavini