• Bz. Noy 24th, 2024

Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi

ByVuqar Ferzeliyev

Sen 23, 2024

         Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetindəki görüş zamanı bildirib ki, bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib.                   27 sentyabr tarixi Qarabağ ətrafında və ümumilikdə regionda yeni reallıqların yaranmasının əsasını qoymuş bir tarixdir. Azərbaycan ordusunun əks həmləsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu, ermənilərin illərdir uydurduğu güclü erməni ordusu cəmi bir neçə ayın içində darmadağın edildi və rəşadətli Azərbaycan ordusunun peşəkarlığı bir çox dövlətlər tərəfindən hələ də öyrənilir.

       8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi.

       Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük,
riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik – biz bunu heç vaxt
unutmamalıyıq və gənc nəsil bunu bilməlidir.

        Torpaqlarımızın işğaldan azad olunması bölgədə yeni quruculuq və abadlıq işlərinin başlanmasına start verdi, indi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda çox geniş quruculuq işləri gedir, Qarabağ yenidən öz simasını bərpa edir, bütün obyektlərin açılışında Cənab Prezident şəxsən özü iştirak edir, işlərin görülməsinə nəzarət edir və göstərişlərini verir. Yüzlərlə  keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülür..

    Ölkə başçısının Qarabağa olan diqqəti bu məsələnin dövlət üçün prioritet olduğunu bir daha sübut edir. Görülən işlər xüsusi həssaslıqla, Qarabağın tarixinə və irsinə uyğun şəkildə həyata keçirilir. İnfrastruktur, yeni yollar salınır, artıq əhali öz yurduna məskunlaşmağa başlayıb. Xüsusən Ağdamda açılışı olan obyektlər böyük tarixi xarakter daşıyır və Qarabağın tarixi simasının bərpasına xidmət edir. Bütün bu məkanlar məskunlaşan əhalinin rahatlığına xidmət edəcək.
       Bu yaxınlarda  xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır. Dostlarımız Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa edilməsinə sevinir, düşmənlərimizə isə bir də heç zaman Azərbaycan ərazilərində separatçılıq meyarlarının olmayacağı ilə bağlı mesajdır. Dövlət Suverenliyi Günü yeni tarixi günlərdən biridir. Bundan sonra hər il Azərbaycan xalqı 20 sentyabr tarixində Dövlət Suverenliyi Gününü qeyd edəcək. Cənab Prezident İlham Əliyev tərəfindən Qarabağda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalanması kifayət qədər böyük tarixi əhəmiyyətə malikdir.

Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru      

       .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir