• Bz. Noy 24th, 2024

RƏSMİ İRƏVANIN HƏRBİ CİNAYƏTLƏRİ VƏ SİYASİ TƏXRİBATLARI GÖZ ÖNÜNDƏDİR

ByYenigun.news

Avq 17, 2021


Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana beynəlxalq hüququ kobud şəkildə pozmasına görə heç bir təzyiq göstərilmədisə, cəzalandırılmadısa, əksinə təcavüzkar onu dəstəkləyən ölkələrdən hər cür maddi, hərbi yardımla təmin olundusa, bu halda beynəlxalq hüququn işlək vəziyyətdə olmasını dilə gətirmək mümkünsüz idi. Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli xarakterli hərbi təxribatlar törədirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bütün bunları əsla unutmaq olmaz, həmin qeyri-insani faktları bundan sonra da nəzərdə saxlamaq gərəkdir.
Prezident minalanmış ərazilər məsələsindən xüsusi olaraq bəhs edib O, deyib ki, ermənilər yüz minlərlə mina basdırıb, basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır. Müharibə başa çatandan sonra – 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur. Mənasız qarşıdurma yolu Ermənistanı açıq-aşkar uçuruma aparırErmənilər anlamalıdırlar ki, həmin uçurumun bir addımlığındadırlar. Onların xilası yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Ermənistan nə qədər bunu tez dərk etsələr, bir o qədər də düşdükləri fəlakətli vəziyyətdən çıxış yolu tapa bilər. Azərbaycan Prezidenti də əməkdaşlıq yolunu təklif edib. Əgər qarşı tərəf bu fikrqəbul etməyib yenə də mənasız iddialarla baş qatmağa çalışacaqlarsa, dəmir yumruq yerindədir.
İlkin Zeynalov, Cəlilabad RTŞ aparıcı məsləhətçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir