• C. Noy 29th, 2024

Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır

ByVuqar Ferzeliyev

Fev 5, 2024

         Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışıictimaiyyətin dərin marağına cəbəb olub. Çıxışı dinləyərkən bir daha əmin olduq ki, məhz 1993-2003-cü illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.

        Düşünürük ki, xalqımızın güman yeri məhz dövlət başçısının sözgedən çıxışdakı açıqlamalardır. Bunlardan ən mühümü ölkəmizin üzləşdiyi haqsızlıqlardır. Prezident söylədi ki, Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

         Bizə yaxşı məlumdur ki, Azərbaycan-Fransa münasibətlərinin tarixinə nəzər salsaq, hər şey çox yaxşı başlamışdı. Həm 1990-cı illərdə, həm də artıq 2003-cü illərdən sonra münasibətlər kifayət qədər normal idi. Bütün hallarda balans qorunub saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük.

         Fransa ilə münasibətlərin gərginləşməsi artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi.Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir.

         Beləliklə, məhz Fransanın diktəsi ilə Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Bu sahədə cənab İlham Əliyevin səylərini dəstəkləyir və alqışlayırıq.

 Nizami İsmayılov,

                                                                                         Cəlilabad rayon Günəşli kənd

1 saylı tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir