• Şb. Noy 23rd, 2024

Rafiq Cəlilov Seyidbazar və Cəngan kəndlərində səyyar görüş – qəbul keçirmişdir

ByVuqar Ferzeliyev

İyl 28, 2022

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu ilə yanaşı mövcud problemlərin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə yerlərdə səyyar görüşlər keçirilir.

27 iyul 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq səyyar görüş-qəbulları rayonun Seyidbazar və Cəngan kəndlərində keçirilmişdir. Görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Səyyar görüş-qəbullarda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək kənd sakinlərini salamlamış, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışmışdır. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Cəlilabad rayonunda da daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Görüşlərdə Seyidbazar və Cəngan kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Kənd sakinlərinin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə icrası ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildiriblər və yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir