• Ç. Yan 15th, 2025

Rayon rəhbəri şəhid ailəsini ziyarət edib

ByVuqar Ferzeliyev

Yan 14, 2025

Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı da mütəmadi olaraq şəhid ailələrinə baş çəkir, onlarla həmsöhbət olur və problemləri ilə maraqlanır.
13 yanvar 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Hüseynov Hilal Dövlət oğlu və Hüseynzadə Ramazan Həmdulla oğlunun ailəsini Muğan kəndində, yaşadığı evdə ziyarət etmişdir.
İcra başçısı şəhid ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açmışdır.
Sonra Rafiq Cəlilov şəhid ailəsinin qayğıları ilə maraqlanmışdır.
Şəhid ailəsi rayon rəhbəri ilə geniş söhbətində onların ailəsinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını qeyd etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir