Azərbaycan Prezidenti cənab İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması onun regional və qlobal miqyasda sülhün bərqərar olunmasına verdiyi ardıcıl və prinsipial töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın hakimlər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi gözəl nümunədir.
Əbu-Dabi görüşləri dövlətimizin qlobal nüfuzunun artmasında mühüm rol oynadı. Bu görüşlərdə səsləndirilən mesajlar da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, görüş zamanı iki dövlət arasında normallaşma prosesi, etimad quruculuğu, eləcə də iqtisadi və ticari münasibətlərin formalaşdırılması ilə bağlı mühüm mesajlar verildi. Əsas məqam ondan ibarətdir ki, hər iki ölkənin rəhbəri dövlətlərarası münasibətlərin normallaşması istiqamətində müsbət dinamikanın mövcudluğunu vurğuladılar və bu dinamikanın qorunub saxlanılmasının vacibliyini qeyd etdilər.
Bu cür görüşlər qarşılıqlı anlaşmanın dərinləşməsinə, gərginliyin azalmasına və uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verir. Azərbaycan Prezidentinin sülhə yönəlmiş siyasəti artıq konkret nəticələr verməkdədir və bu siyasət regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas təminatçısı kimi çıxış edir.
Son illərdə Ermənistan cəmiyyətində, xüsusilə də rasional düşüncəyə üstünlük verən sosial və siyasi dairələrdə ölkənin gələcək inkişafının sülh, sabitlik və regional əməkdaşlıqdan birbaşa asılı olduğu barədə anlayış formalaşmaqdadır.
Şeyx Zayed Fondu tərəfindən təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, tolerantlıq və xalqlar arasında etimadın möhkəmləndirilməsinə töhfə verən liderlərə verilir. Bu mükafata layiq görülmüş şəxslər sırasında BMT Baş katibi, dövlət başçıları, dini və ictimai liderlərin yer alması onun beynəlxalq nüfuzunun göstəricisidir.
Habil Abışov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi