• Şb. Noy 23rd, 2024

Regional iqtisadiyyatın inkişafına
böyük təkan verən hadisə

ByVuqar Ferzeliyev

İyl 3, 2022

Türkmənistan paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin dövlət başçılarının Zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.
Azərbaycan Prezidenti İlham Əliyev VI Zirvə Toplantısındakı çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyev bildirib ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. “Qeyd etməyə şadam ki, Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır”, – Prezident İlham Əliyev vurğulayıb.
Göstərilib ki, Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Ümumiyyətlə, bu sammiti müxtəlif cəhətlərdən, o cümlədən, iqtisadi, tranzit, enerji, yükdaşıma və digər tərəflərdən müsbət dəyərləndirmək mümkündür. Hövzə ölkələrinin limanları və dəmiryolu xətləri vasitəsi ilə qeyd olu¬nan ölkələr arasında yükdaşımalar şərtlənəcək. Xəzəryanı ölkələr mövcud imkanlardan səmərəli istifadə edərək bu əlaqələri daha da möhkəmləndirə bilərlər ki, bu da həmin ölkələrin, eləcə də ümumilikdə bölgənin inkişafı ilə nəticələnə bilər.
Xanlar Mirzəyev, sahibkar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir