Üç il öncə – 15 iyun 2021-ci il tarixində Tükiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev azad Şuşada müttəfiqlik haqqında Bəyannaməyə imza ataraq bu tarixi günü bir daha əbədiləşdirmiş oldular. 29 il əvvəl xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev həmin gün Azərbaycanı böyük fəlakətdən qurtarmışdı. Bu Bəyannamənin imzalanması ilə də 15 iyun ikiqat əlamətdarlıq qazanmış oldu.
Bu Bəyannamədə deyilir ki: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bəyannamədə bu müddəanın qeyd olunması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm bir ismarıcdır.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru