Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsini misal göstərmək olar. Rusiya və Azərbaycan prezidentlərinin 2022-ci il fevralın 22-də imzaladıqları Bəyannamə bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir, heç bir xarici qüvvə bu münasibətlərin inkişafına mane ola bilməz. Bu münasibətlər regionda sülh və sabitliyin, həm də iqtisadi inkişafın çiçəklənməsinə kömək edəcək. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur.
Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı diqqətimizdədir. Bizim strateji müttəfiqlik haqqında birgə Bəyannaməmiz var. Düşünürəm ki, sözügedən Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi kimi məsələlərin qeyd olunması 10 noyabr 2020-ci il tarixli Bəyanatda əskini tapan məsələlərin daha əsaslı, hüquqi nöqteyi-nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana əlavə avantaj və rıçaqlar qazandırır. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə, siyasi münasibətlərdə də hər hansı sualların yaranmayacağını ehtimal etmək olar.
Dövlətlərimiz müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər. tərəflər həmçinin aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və buna heç bir şübhə yoxdur.
Rus dilinə ictimaiyyət tərəfindən tələbat var və heç vaxt hər hansı məhdudiyyət olmayıb. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var, o, yaşayır, necə deyərlər, özünü yaxşı hiss edir. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir… Təsadüfi deyil ki, biz təkcə bu sahədə deyil, həm də dinlərarası qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənirik. Bakının mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır. Zənnimcə, bizim siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasi motivlər üzrə sıxışdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.
Rahib Kərimov,
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru