• Ça. Noy 26th, 2024

Sabit əməkdaşlıq əlaqələri

ByVuqar Ferzeliyev

İyl 25, 2023

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında qeyd edildiyi kimi, Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var, həmrəylik var. Hər bir ölkənin öz gündəliyi var, öz xarici siyasəti var, öz daxili səbəbləri var. Biz bilirik İkinci Qarabağ savaşı dönəmindəbizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub. İndi bu məsələnin yenidən gündəmə gətirilməsi düzgün olmaz. Bizim əsas vəzifəmiz torpaqlarımızı azad etmək idi, buna da nail olduq.

Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir. Ötən ilin fevralında imzalanan Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir. Bəyannamə özündə müstəqilliyin ayrı-ayrı dövrlərində müxtəlif cür inkişaf edən, lakin hər iki ölkənin uzun illər ərzində bəyan etdikləri kimi strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlərin inkişafı tarixini ehtiva edir.

          Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması möhkəm təmələ malik idi. Məhz Rusiya tərəfi Ermənistan və Azərbaycan 2020-ci il noyabrın 9-da, Üçtərəfli Bəyanatın razılaşdırılmasının getdiyi bir vaxtda həmin birləşdirici rolu oynamışdı.

Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Yüksək səviyyədə xeyli təmaslar olub, hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların təmsilçiləri səviyyəsində təmaslar olub.

            Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçünmüxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır.

Digər bəzi məsələlərə də toxunmaq istəyirəm. Moskva  Bəyannaməsi Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsini əsla kölgədə qoymur.  Dünyanın indiki qarışıq və təlatümlü vaxtında Rusiya ilə Türkiyənin münasibətlərinin yüksələn xətlə inkişafı onu deməyə əsas verir ki, bu sənədin imzalanmasında Ankaraının da xeyir – duası olub.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təşəbbüsü Rusiya öz üzərinə götürdü. Çünki, Rusiya 10 noyabr Bəyannaməsinin hazırlanmasında vasitəçilik edirdi. Rusiya sülhməramlıları hazırda regionda müvəqqəti yerləşdirilib. Rusiya Azərbaycanın qonşusudur, ancaq Ermənistanla qonşu olmasa da, onunla olduqca yaxın ölkədir.

İndi bizim gözlədiyimiz əsas məsələ Rusiyanın öz öhdəliklərinə və imzaladığı sənədlərə nə dərəcədə səmimiyyətlə əməl edəcəyidir və heç şübhəsiz bizim ilk narahatçılğımız Qarabağdakı separatçı meyllərin azğınlaşması və bütün bunların Rusiya sülhməramlılarının nəinki gözləri önündə, bir çox hallarda onların xeyir-duası ilə baş verməsidir.

Hafiz Əliyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir