• Be. Noy 18th, 2024

Şanlı zəfərimizin parlaq səhifəsi

ByVuqar Ferzeliyev

Noy 18, 2024

        Birinci Qarabağ müharibəsinin gərgin günlərində Ağdam cəbhəsində ağır döyüşlər gedirdi. Bu bölgənin mərd, qeyrətli oğulları könüllü olaraq düşmənlə mücadiləyə qalxmışdılar. O zaman biz hələ sovet imperiyasının tərkibində idik, topumuz, tüfəngimiz, ordumuz yox idi. Düşmənin isə havadarları çox idi. 

            Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində Vətən müharibəsində qazanılan böyük qələbə-tarixi Zəfərdən sonra Ağdamın düşmən taptağından azad olması öz həllini tapdı. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.

       2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.

        Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Şəhərin bərpası üçün baş plan hazırlanıb, mütəxəssislər cəlb olunub, infrastruktur layihələri planlı şəkildə icra edilir. 5 inzibati binalar, sosial obyektlər, yollar tikilir və digər lazım olan işlər görülür. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstərilir. İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

        Prezident İlham Əliyev öz çıxşılarında dəfələrlə qeyd edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkün olub. Ağdamın azad olunması bu cəhətdən tipik mahiyyət daşıyır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçılıq siyasəti Ermənistanı uçuruma apardı. Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!

Elçin Zeynalov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir