Cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir. İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir. İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirmək istəyirəm. təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.Bizi bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bəzən bir səfər təkcə diplomatik hadisə deyil, həm də bəşəri dəyərlərin təntənəsinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri və bu səfər çərçivəsində paytaxt Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi məhz belə tarixi məqamlardan biridir.Bu mükafat yalnız bir liderə təqdim olunan ali təltif deyil, eləcə də sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsidir. Dövlətimizin başçısının bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin dünyaya təqdim olunması deməkdir.Azərbaycan tarixən sivilizasiyaların qovuşuğunda yerləşən, fərqlilikləri qarşıdurma deyil, zənginlik kimi qəbul edən bir ölkə olmuşdur. “Zayed İnsan Qardaşlığı Mükafatı” mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanist ideallarını yaşadan, dünyada sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən ali bir beynəlxalq platformadır. Bu mükafatın məhz Azərbaycan Prezidentinə təqdim edilməsi ölkəmizin qlobal sülh gündəliyində tutduğu mövqenin, beynəlxalq etimadın və yüksək nüfuzun parlaq göstəricisidir.Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, insan qardaşlığı ideyası onun siyasətinin mərkəzində dayanır. Ölkə başçısı çıxışında vurğuladı: “İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.”Bu səfər, eyni zamanda, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Yüksək səviyyəli görüşlər, səmimi dialoq və qarşılıqlı etimada əsaslanan müzakirələr iki ölkə arasında enerji, iqtisadiyyat, yaşıl inkişaf, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik yaratdı.Azərbaycan və BƏƏ beynəlxalq platformalarda da, xüsusilə qlobal iqlim gündəliyi çərçivəsində sıx və məqsədyönlü əməkdaşlıq nümayiş etdirir. Ötən il “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması ölkəmizin qətiyyətli və məsuliyyətli siyasətinin növbəti təzahürü olmaqla, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması üçün möhkəm zəmin yaratmışdır. Tarixi əhəmiyyət daşıyan bu sənəd dövlətimizin başçısının uzaqgörən, prinsipial diplomatik təşəbbüslərinin və regionda sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl mövqeyinin bariz göstəricisi kimi dəyərləndirilir.Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nı qəbul etməsi təkcə bir siyasi liderin uğuru deyil, bu, Azərbaycanın sülhə, humanizmə və bəşəri həmrəyliyə verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasıdır. Bu hadisə bir daha təsdiqləyir ki, Azərbaycan bu gün yalnız regional güc d eyil, eyni zamanda, qlobal dəyərlərin daşıyıcısı və təşviqçisidir.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi
