Azərbaycanın azadlıgı və ərazi bütövlüyü ugrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmus qanlı 20 Yanvar hadisələrinin növbəti-32-ci ildönümünü anırıq. Sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda həyata keçirdiyi bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.
Bu siyasət, eyni zamanda, 1990-cı il 20 yanvar faciəsinə gətirib çıxartdı. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na SSRİ müdafiə naziri, marşal D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.Artıq 32 ildir yanvarın 20-ni Ümumxalq hüzn günü kimi qeyd edirik. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bəli, 32 il öncə ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavuzkar hərəkətlərindən və kecmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı kucələrinə cıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələri, daxili qoşunları, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu.
“Udar” (“zərbə”) şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyanatlı “ALFA” qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı.
Qanlı 20 yanvar hadisələri zamanı 137 soydaşımız öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam həbsə atıldı. Gunahsız insanların qətli ilə nəticələnən olay Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir.
1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımız azadlıq, müstəqillik qazanmasına yol açdılar.
Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu rahatlıq tapıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu onilliklər ərzində düşmənin işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi və dövlətçiliyin təməlini təşkil edən bu ali prinsipləri şübhə altına qoyanların, eləcə də revanşizm fikirlərindən çıxış edənlərin layiqincə cavablandırılması bundan sonra da tərəfimizdən təmin ediləcək və Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaq.
Cahangir Muradov