Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 fevral 2025-ci il tarixində Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanat, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını göstərir. Prezident İlham Əliyev bəyanatında vurğulamışdır ki, bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi müxtəlif sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Bu sənədlər arasında dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, təhsil və müdafiə sahələrində əməkdaşlığa dair anlaşma memorandumları və sazişlər mövcuddur. Bu sənədlərin imzalanması, Azərbaycan və Somali arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.
Azərbaycan Somali iqtisadiyyatına sərmayə qoymağı araşdırır.Həmçinin Somalidə sərmayə imkanlarını müzakirə edildi. Somali Prezidentinin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Həmin proses davam etməlidir. Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə məlumat verdi. Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflər də var. Bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.
Qeyd edək ki, Somali zəngin resursları və böyük potensialı olan ölkədir. İmzalanan sənədlər ölkələr və xalqlar üçün yeni imkanlar açır. Sözügedən sənədlərdən başqa, yaranmış əməkdaşlıq ölkələr arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirən ölkələrdəndir.
Azərbaycan Prezidenti bir daha əmin olduğunu bildirib ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir.