• Ça. Sen 16th, 2025

Son beş il Zəfər tarixidir, şanlı tariximizdir

ByVuqar Ferzeliyev

Sen 16, 2025
 Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü öncəsi işğaldan azad olunmuş ərazilərə səfər edərək orada nəhəng infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etdi. Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.
 Qarabağın bərpası və yenidən qurulması prosesini ölkə başçısı şəxsən özü izləyir və bu işlərə birbaşa nəzarət edir: "Bu prosesin mühüm tərkib hissəsi Böyük Qayıdışdır. Azad olunmuş ərazilərdə salınan infrastruktur obyektləri, keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına sürətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi bu gün Azərbaycan dövlətinin əsas prioritet siyasətlərindən biridir.
   Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri zamanı keçmiş məcburi köçkünlərin evlərində qonaq olması, onlarla səmimi söhbətlər aparması və görüşlər keçirməsi ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Onun həmin ərazilərdəki çıxışları isə dünyaya verilən mühüm mesajdır. Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi qətiyyətini nümayiş etdirərək göstərir ki, biz öz tarixi ata-baba yurdlarımıza sahib çıxırıq, bu ərazilərə əbədi və daimi şəkildə qayıdırıq və burada məskunlaşırıq.
   Xüsusilə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin beşilliyi ərəfəsində həyata keçirilən bu tədbirlər xüsusi önəm daşıyır. Prezidentin Şuşakənddə keçmiş məcburi köçkünlər qarşısındakı çıxışı həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. O, Azərbaycanın siyasi və hərbi qətiyyətindən bəhs edərək dünyaya bir daha mesaj verdi: Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Separatçılıq, terrorçuluq və işğalçılıq bölgədən birdəfəlik silinib. Bu, Azərbaycanın müstəqil və suveren hüququ idi və dövlət bu hüquqdan qətiyyətlə istifadə etdi. Qarşıda daha böyük quruculuq işləri dayanır və heç bir şübhə yoxdur ki, bu proses davam edəcək. Yenidən qurulan şəhər və kəndlərimiz öz sakinlərini gözləyir. Böyük Qayıdış prosesi də məhz bu bərpa işləri ilə paralel şəkildə həyata keçiriləcəkdir".
  Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi qətiyyətini nümayiş etdirərək göstərir ki, biz öz tarixi ata-baba yurdlarımıza sahib çıxırıq, bu ərazilərə əbədi və daimi şəkildə qayıdırıq və burada məskunlaşırıq. Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq.

Hikmət Qələmov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Zopun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi