Ölkəmizdə elmin inkişafı, elm xadimlərinə diqqət və qayğı hər zaman dövlət rəhbərliyinin diqqət mərkəzində olub. Hələ Sovetlər Biliyi dövründə Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəməyib. Ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşmiş, bir neçə yeni elmi-tədqiqat institutu yaradılib, elmin inkişafına böyük vəsait ayrılırdı. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.
Bu və digər məsələlər noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda geniş müzakirə edilib. Yubiley tədbirində çıxış edən ölkə başçısı İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Akademiyanın kollektivini ürəkdən təbrik edib və Akademiyanın gələcək fəaliyyətinə onlara uğurlar arzulayıb.
Prezident İlham Əliyev tədbirdəki çıxışında qeyd edib ki, çox ağır bir dövrə təsadüf edən Müstəqilliyin ilk illərində məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı ölkəni böyük bəlalardan qurtara bilmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Həmin görüşdə Ulu Öndə bir daha müstəqil, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Həmin dövrdə ölkə ciddi maliyyə çatışmamazlıqları ilə üz-üzə qalsa da Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.
Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetiririb. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. AMEA-nın 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev bildirib ki, “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı”.
Hazırda ölkə qarşısında duran əsas vəzifə – torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilib. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik”.
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. “Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar – yəni, bu məsələyə çox böyük diqqət verməlidirlər”, – deyə Prezident vurğulayıb.
Hüseynov Sədafər
Saatlı Rayon Ağsaqqallar şurasının sədri
