• Şb. Noy 23rd, 2024

Strateji planlaşdırma və səmərəli əməkdaşlığa gedən yol

ByVuqar Ferzeliyev

İyn 30, 2022
    “Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib.
    Məskunlaşma, yaşı enerji, sənaye parkları və s. haqqında məlumat verərkən president həm də fürsətdən istifadə edib Ağdamda, ərazisi 200 hektar təşkil edən Sənaye Parkının artıq fəaliyyət göstərdiyini və həmin parkın sərmayədarlara və sahibkarlara açıq olduğunu da bəyan etdi. Bu, təbii ki, investorların cəlb edilməsi baxımından əhəmiyyətli idi və faktiki olaraq president tərəfindən ayrı-ayrı dövlətlərə sərmayə qoyuluşu ilə bağlı dəvət kimi qəbul edilməlidir. Və nəhayət prezidentin çıxışındakı ən mühüm məsələlərdən biri də Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycanın müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyində olmasını bəyan etməsi oldu.
    Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

  Forumda qeyd olunduğu kimi, Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarından biri Azərbaycanda keçirilə bilər.  Bütövlükdə, ölkəmizin həm geostrateji mövqeyi, həmçinin paytaxtımızın inkişaf edən şəhərlərdən biri halına gəlməsi regionda Bakının dəyərini və əhəmiyyətini artırır. Prezident bildirib ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Hesab edirik ki, Ümumdünya Şəhər Forumunun sessiyasının Azərbaycanda keçirilməsinin çox ciddi əhəmiyyəti olacaq. 

Etibar Sadıqov, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir