Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub. Baş nazir Azərbaycan Prezidentini qarşılayıb. İki ölkə nümayəndələrinin geniş tərkibdə görüşü olub.
Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdən biridir. Bu sahədə əməkdaşlıq gündən-günə inkişaf edir. Azərbaycan artıq Avropaya öz enerji resurslarını ixrac edən və həmçinin tranzit ölkə kimi çıxış edən əsas tərəfdaşlardan birinə çevrilmişdir. Bununla yanaşı, digər ölkələrin enerji resurslarının nəqli prosesində iştirak edən dövlət kimi də önəmli rol oynayır. Eyni zamanda Azərbaycan bərpa olunan və alternativ enerji sahəsində də təşəbbüslər irəli sürmüş və bu istiqamətdə konkret layihələrin icrasına start vermişdir.
Hələ bir neçə il əvvəl Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında demişdir: “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”. “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə həmsərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.
Bəli, həqiqət və reallıq budur ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti xalqımızın milli maraqlarına xidmət edən, eyni zamanda beynəlxalq normalara əsaslanan müstəqil, ədalətli və prinsipial xarici siyasət kursu həyata keçirir. Milli və bəşəri dəyərlərdən qaynaqlanan bu xətt sivil dünya tərəfindən uğurlu siyasət modeli kimi qəbul və təqdir olunur, nəticədə Azərbaycanın nüfuzu və imici daim yüksəlir.
Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Prezidentin son səfəri isə iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Xudayar Sultanlı,
ADPU Cəlilabad filialının direktoru