• Ça. Fev 10th, 2026

Strateji Tərəfdaşlıq Xartiyasının geosiyasi və iqtisadi əhəmiyyətii böyükdür

ByVuqar Ferzeliyev

Fev 11, 2026

            ABŞ vitse-prezidentinin Bakıya səfəri nəinki ölkəmizdə, eyni zamanda beynəlxaq aləmdə dərin maraqla izlənmişdir. Çünki Bakı–Vaşinqton ikitərəfli münasibətlərinin hazırkı sabit axarı gələcək üçün perspektiv yaradır. Əsas olan bu axarı sabitlikdən dinamiklik müstəvisinə qaldırmaqdır. Həm də ona görə ki, dinamikliyin regional sabitlik və qlobal təhlükəsizlik aspekti var. Mövcud aspekt isə özlüyündə daha dərin yanaşmalar tələb edir.

           Azərbasycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səfər çərçivəsində keçirilən brifinqdə vurğulayıb ki, biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin avqustun 8-dən sonra altı ay ərzində görülən çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.

           ABŞ rəsmisinin səfərinin ən mühüm cəhəti ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanmasıdır. İmzalanmış xartiya çərçivəsində strateji tərəfdaşlığın əsas prinsipləri müəyyənləşdirilib, qarşıya qoyulacaq məqsədlərin reallaşdırılması üçün təməl yaradılıb. Bu addım Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artırmaqla yanaşı, regionun gələcəyi üçün dayanıqlı sülhün bünövrəsini möhkəmləndirir.

           Bütün bunların fonunda, uzun illər müxtəlif dairələr tərəfindən qarşı çıxılan və hətta “qırmızı xətt” elan edilən Zəngəzur dəhlizinin açılması ayrıca strateji əhəmiyyət daşıyır. Bu dəhlizin bölgədə yeni münaqişələrə səbəb ola biləcəyi barədə iddialara baxmayaraq, onun Azərbaycanın müəyyən etdiyi hüquqi rejim əsasında istifadəyə verilməsi mühüm tarixi nailiyyətdir. İmzalanmış üçtərəfli bəyanatda Naxçıvana maneəsiz keçidin təmin olunacağı da rəsmən təsdiqlənib. Bu, Azərbaycanın siyasi iradəsinin təntənəsi və böyük diplomatik zəfəridir.

                                                                                                 Arif Nəcəfov,

                                                                      Cəlilabad Rayon Statistika İdarəsinin rəisi