Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışı tarixi əhəmiyyət ilə diqqəti cəlb etmişdir Burada irəli sürdüyü ideyalarla dinləyicilərin dərin rəğbətini qazanan ölkə rəhbəri kifayət qədər peşəkar siyasətçi olduğunu bir daha təsdiq edib. Toxunduğu bütün məsələlərlə bağlı məntiqli, dolğun və əhatəli fikirlər söyləyən İlham Əliyevi tədbirdə iştirak edənlər diqqətlə dinləyib, öz münasibətlərini bildiriblər. Onların hər biri ölkə rəhbərinin söylədiyi strateji xarakterli tezislərin vacibliyini bir daha vurğulayıb.
Prezident vurğulayıb ki, Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirilir. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qaz alacağıq.
Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədərqazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir. “Həmrəylik Halqası” layihəsi mühüm əhəmiyyətə malikdir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək.
Mühüm məsələlərdən biri də budur ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir.
Bu gün biz həm siyasi, həm iqtisadi inkişafdan bəhs edirik. Bunlar ayrılmazdır. Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, yaxşı göstəricisidir. Beynəlxalq arenada Azərbaycana və Prezident İlham Əliyevə çox böyük maraq var idi. Həm digər ölkələrin rəhbərlərinin, şirkət rəhbərlərinin, həm də ictimaiyyətin diqqətini açıq-aydın görmək mümkündür.
Əbdulla Məmmədov,
Cəlilabad rayonu, Ağdaş kənd İnzibati-Ərazi