• Ç. Yan 21st, 2026

Sülh, əmin-amanlıq uğrunda mübarizədə gözəl nümunə

ByVuqar Ferzeliyev

Yan 22, 2026

Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibəsində cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğuladı ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Bu isə böyük iradə, qətiyyət, əzmkarlıq tələb edir. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi.. Bu keyfiyyətlərin sahibi olan dövlətimizin başçısının layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı bu böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir.
Şeyx Zayed Fondunun mükafatı 30 illik münaqişənin həllinə nail olmuş, Böyük Qələbəni sülh təşəbbüsü ilə tamamlamış, regional əməkdaşlıq və dialoq yolunu seçmiş liderin fəaliyyətinə beynəlxalq qiymətdir. Bu hadisə göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti yalnız milli miqyasda deyil, qlobal sülh və sabitlik kontekstində də əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin fəaliyyətinin növbəti mərhələsi dayanıqlı sülhün hüquqi təminatı, azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası, regional iqtisadi mərkəzə çevrilmə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi üzərində qurulub.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi gözəl nümunədir.
Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Bu dəyərli mükafat Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verilən yüksək dəyərdir.

                                                          Gözəlov Tacəddin,
          YAP Cəlilabad  rayon təşkilatında məsləhətçi