• Şb. Dek 21st, 2024

Sülh və əməkdaşlıq naminə

ByVuqar Ferzeliyev

Dek 20, 2024

Azərbaycan Prezidenti İlham Əliyev “Rosiyya Seqodnya” beynəlxalq informasiya agentliyinə verdiyi müsahibədə, Türkiyə və Azərbaycan hərbi-siyasi əməkdaşlığını regionun əsas sabitliyinin təminatçısı kimi göstərib. Onun sözlərinə görə, bu doğurdan da belədir: “Çünki son dövrlərdə formalaşan Türkiyə və Azərbaycan əlaqələri, birgə hərbi təlimlərin keçirilməsi, siyasi əlaqələrin dərinləşməsi, strateji müttəfiqlik şərtlərinin formalaşdırılması regionda haqqın, ədalətin və beynəlxalq hüququn təmin olunmasına gətirib çıxarır. Yəni Azərbaycanın pozulmuş hüquqlarının bərpasına gətirib çıxarıb. Eyni zamanda bu güc ölçülü şəkildə davrandığını görə heç bir qonşu ölkə üçün təhlükə yaratmayıb”.
      Ona görə də bu qiymətləndirmə həm beynəlxalq hüquq baxımından, həm də regionumuzun siyasi reallıqları baxımından tamamilə həqiqətləri əks etdirir. Amma həmçinin bu təkcə regional hadisə deyil. Azərbaycan Prezidenti regional sabitliyin qorunması, həm də beynəlxalq münasibətlər sisteminin keyfiyyəti baxımından qiymətləndirir.
      Bu gün artıq doğurdan da ikinci dünya müharibəsindən sonra formalaşmış dünya nizamında bir təlatümün, bir tribunas var, yəni bu nizam dağılmaqdadır. Ona görə də regional dövlətlərin öz təhlükəsizliyini özləri təmin etməsi həmdə qlobal təhlükəsizliyə töhfədir ki, Azərbaycan Prezidenti bu məsələyə toxunaraq həmin konteksdə Türkiyə Azərbaycan münasibətlərini sabitləşdirici faktor kimi qeyd edib.
       Azərbaycan Prezidenti qeyd edib  ki, regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
       Dövlət başçımız qeyd edib ki,  ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq.
                                                                                                       Ədalət Əsgərov,                                                          
                                    Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir