• Be. Noy 25th, 2024

Şuşa mədəniyyətimizin beşiyidir

ByVuqar Ferzeliyev

May 13, 2024

         Azərbaycan prezidenti cənab İlham Əliyev azad olunmuş ərazilərə həm əvvəlki, həm də son səfərində öz hiss və emosiyalarını çox açıq büruzə vermişdir. Çünki Azərbaycan xalqının tarixi-mədəni irsində Qarabağın xüsusi yeri var. Təməli hələ 1752-ci ildə qoyulmuş Şuşa şəhəri artıq 18-ci əsrin ikinci yarısında Azərbaycanın ən məhşur şəhərlərindən birinə, XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi kimi tarixə düşüb və Azərbaycan mədəniyyətinin inkişafında və dünyaya çatdırılmasında xüsusi yeri olan mənəvi qürur mənbəyimizdir. Qarabağ Üzeyir bəy Hacıbəylinin, Zülfüqar Hacıbəylinin, Soltan Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Süleyman Ələsgərovun və digər  mədəniyyət korifeylərinin vətənidir. Vaqif bizim çağdaş Azərbaycan poeziyasının, müasir Azərbaycan şeirinin banilərindən biridir.

            Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi çox böyük hadisədir. Bu, prezidentimizin xüsusi diqqəti deməkdir. Bu, bütün xalqımızın iradəsinin ifadəsidir. Hər sahədə olduğu kimi, biz bu sahədə də biz xalqın iradəsinin öz əksini tapdığını görürük . Dövlətimizin başçısı deyib ki,

        Ermənilər Şuşada tarixi binalarda yerləşən Dövlət Musiqili Dram Teatrını, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeylərini, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərini, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialını, Dövlət Rəsm Qalеrеyasını, 4 texnikumu, 2 institut filialını, orta və orta ixtisas musiqi məktəblərini, кitabхanaları, 2 sanatoriyanı, görkəmli sənət adamlarının ev muzeylərini, 70 yerlik turist bazasını, 1200 yerlik internat məktəbi və s. dağıdaraq  yox ediblər. Ermənilər eyni zamanda 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurublar. Şuşanın azad edilməsilə Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Xurşud Banu Natəvanın ermənilər tərəfindən vəhşicəsinə gülləbaran edilmiş heykəlləri öz yerlərinə qoyuldu. Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalıdır.

        Prezident İlham Əliyevin cari ilin 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşündə bu məsələlərə bir daha toxunulub. Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər.

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir