• Şb. Dek 6th, 2025

Şuşa Zəfərinə gedən uzun yol.

ByVuqar Ferzeliyev

Noy 14, 2025

Bu ilTarixi Zəfərimizin beşinci ildönümünü qeyd edirik. Ama Azərbaycan tarixində elə hadisələr var ki, onlar xalqın yaddaşına əbədi həkk olunur. 2020-ci ilin noyabrında baş vermiş Şuşa Zəfəri də bu hadisələrdən biridir. Bu zəfər təkcə bir şəhərin azad olunması deyil, Azərbaycan xalqının mənəvi, hərbi və siyasi dirçəlişinin simvoluna çevrildi. Lakin bu möhtəşəm qələbəyə gedən yol qısa və asan olmadı. Bu yol on illərlə davam edən mübarizənin, dövlət quruculuğunun, ordu formalaşdırılmasının və xalq birliyinin nəticəsi idi. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb ki, bu, yeni nəsil müharibə üsuludur. Planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Dövlət başçısı İlham Əliyev bu münasibət ilə xalqa müraciətində bildirdi ki, bəyanat bizim şanlı qələbəmizdir: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm…İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.” Ali Baş Komandan həmin gün qalib xalqa qürurla müraciət etdi:  “Əziz həmvətənlər,əziz bacılar və qardaşlar.  Böyük fəxarət və qürur hissilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!  Şuşa bizimdir!  Qarabağ bizimdir!  Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!  İyirmi səkkiz il işğal altında olan Şuşa azad edildi…  2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.   Bu tarix əbədi yaşayacaq.   Bu,bizim Şanlı Qələbəmizin,  zəfərimizin günüdür!”

Samir Talıbov

Saatlı Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı