• Ca. İyl 3rd, 2025

Tarixi köklər xalqları birləşdirən ən vacib amildir

ByVuqar Ferzeliyev

İyl 3, 2025

Özbəkistan Prezidenti Şavkat Mirzyoyevin Azərbaycana səfəri bir daha onu göstərir ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur. Səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycan-Özbəkistan münasibətlərinin də tarixi kökləri var, mədəni əlaqələrin tarixi çox qədimlərə gedib çıxır. Tarixi şəhərlər olan Səmərqənd, Buxara, Bakı, Gəncə, Şamaxı, Naxçıvan arasında güclü mədəni-iqtisadi əlaqələr olub. Orta əsrlərdə özbək mütəfəkkiri Əlişir Nəvainin Nizami Gəncəviyə xüsusi rəğbəti olub. Daha sonra Azərbaycan şairi Məhəmməd Füzulinin də Əlişir Nəvaidən ilhamlanaraq əsərlər yaratdığı qeyd olunur. Ötən əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılıb. Azərbaycanın məşhur “Arşın mal alan”, “Leyli və Məcnun” əsərləri dəfələrlə Özbəkistanın səhnələrində nümayiş etdirilib. Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar; Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk. Azərbaycan və Özbəkistan imzalanan sənədlər arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, həmçinin hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş də var. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Məmmədzadə Əliyev,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir