• Ca. Mar 13th, 2025

Tarixi və strateji əhəmiyyətə malik təmaslar

ByVuqar Ferzeliyev

Mar 12, 2025

        Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. Bildirilib ki, Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini Şimali Makedoniya ilə münasibətlər tutur. Şimali Makedoniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir Dövlət rəhbərlərinin səfərləri, görüşlər, parlamentlərarası əlaqələr, bağlanan müqavilələr, imzalanmış sənədlər ikitərəfli münasibətlərdə mühüm rol oynayır və əməkdaşlığı daha da genişləndirir.Bu baxımdan martın 11-də Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri xüsusilə qeyd olunmalıdır.

       Enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Avropanın Azərbaycan qazına olan tələbatının ödənilməsi qarşıda olan əsas vəzifələrdən biridir və on Avropa ölkəsinə qaz ixrac edilməsi buna sübutdur. Şimali Makedoniya Respublikasının prezidentinin Azərbaycana səfəri əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin daha da yaxşılaşdırılması baxımından önəmlidir. Bu səfər zamanı iki dövlət arasında əməkdaşlığın, xüsusilə, ticari, iqtisadi sahədə imkanların artırılmasının vacibliyi qeyd edilib, dövlət rəhbərləri inkişafın gələcək perspektivlərinə diqqəti cəlb ediblər.

       Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. İki ölkə arasında 5 saziş imzalanmışdır

      Xanım Prezident Qordana Silyanovska-Davkova Azərbaycana gəlişindın məmnun qaldığını bildirərək demişdir ki, Azərbaycan müsəlman Şərqində ilk cümhuriyyət qurmuşdur, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir. Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır.

       Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Düşünürük ki, belə sağlam əlaqələr qurmaq dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından olduqcqa faydalıdır.

Dəyanət Əskərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısınınAlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir