• C. Yan 9th, 2026

Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi.

ByVuqar Ferzeliyev

Yan 8, 2026

“Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalamışdılar. Növbəti mərhələdə imzalanmış Memoranduma uyğun olaraq İşçi Qrupları yaradılmalıdır. Bu işçi qrupu Strateji Tərəfdaşlıq haqqında sənədin hazırlanması üzərində işləməli və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün istiqamətlər və potensial üzə çıxardaraq növbəti sənədlərin imzalanması üçün hazırlanmalıdır”. Bu proseslər Azərbaycan-ABŞ arasında iqtisadi sahədə münasibətlərin inkişaf etdirilməsinə yeni imkanlar açacaq.

 Bayden-Blinken Administrasiyası dövründə Azərbaycan-ABŞ əlaqələri tarixin minimumuna düşmüşdü, Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ-ın Azərbaycana qarşı qərəzli və ədalətsiz siyasi xətti dəyişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifənin başlanğıcı oldu.

“Bu, həm Azadlığa Dəstək aktının 907-ci maddəsinə əlavə olunmuş düzəlişin ləğvi, həm də iki ölkə arasında əməkdaşlığın istiqamətlərin müəyyən olunması ilə yadda qaldı. İndiki dövrdə hökumətlər arasında Çərçivə Sazişi imzalanmaqla həmin istiqamətlər üzrə əməkdalığın genişləndirilməsi üçün hüquqi bazası hazırlanmalıdır”-deyən deputat hesab edir ki, qısa zaman kəsiyində müvafiq sənədlər imzlanacaq və ölkələrimiz arası əməlkdaşlığın yeni fazası başlanacaq.


Əliyeva Afət

Saatlı Dövlət Rəsm Qalereyasının baş fond mühafizi