Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.
Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız barədə telekanalın müxbirinin sualına Prezident İlham Əliyevin cavabı konkret, diplomatik və tutarlı olub: “Biz artıq buna reaksiya vermirik”.
Prezident izah edib ki, bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Düşünürük ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.
Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.
Bu gün Avropa Parlamentinin mövqe bildirməli olduqları irqçilik cinayətləri və sözün əsl mənasında humanitar blokada, humanitar cinayətlər var. Lakin dünya sanki bütün müharibə cinayətlərini unudub,
Biz gözləyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana beynəlxalq hüquq prinsipləri və qanunun aliliyi ilə yanaşsınlar. Yalnız bu halda Azərbaycan Avropa İttifaqı, Avropa parlamenti və digər qurumları ilə normal münasibətlər qura bilər və mövcud münasibətlər normallaşar. Bizim istəyimiz odur ki, Azərbaycana qarşı haqsız və böhtan xarakterli informasiya müharibəsinə son qoyulsun. Bu gün çox zəngin şəkildə təşkilatlanmış erməni lobbisinin təsiri altında olan Avropa qurumları artıq bu yoldan dönməlidirlər.
Əlizamin Əzizov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Kürdlər kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəsi
