• Ç. Noy 13th, 2024

Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyimizin təntənəsidir 

ByVuqar Ferzeliyev

Noy 9, 2024

       Üç il bundan əvvəl Azərbaycan, Rusiya və Ermənistan tərəfindən Üçtərəfli Bəyanat imzalandı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olunmasına nail olmaqla tariximizdə heç bir dövlət başçısına nəsib olmayan möhtəşəm və tarixi Zəfərə imza atdı.

        İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.

        10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının imzalanması ümumxalq birliyimizin təntənəsidir. Bütün dünya da Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.      

        Heç şübhəsizdir ki, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu oldu. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qal¬dırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə əzmini artırdı. 

      Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Müharibə günlərində Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər.

         Vətənin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər, ümumilikdə, Azərbaycan xalqı cəsarət və qətiyyət göstərərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətləri də milli məsələlərdə ölkədə siyasi birliyin göstəricisidir.

         Prezident İlham Əliyevin həyata keçirdiyi həmrəy xalq, güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Biz adi vətəndaşlar tarixi Qələbənin qazanılmasında iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildiririk.

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir