• Ça. Dek 24th, 2024

Ulu öndər Heydər Əliyev milli birliyimizin təşkilatçısıdır

ByVuqar Ferzeliyev

Dek 29, 2022

Xalqımız hər il olduğu kimi Dünya azərbaycanlılarının Həmrəyliyi Gününü böyük ürək açıqlığı və ruh yüksəkliyi ilə qeyd edir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə meydana çıxmış və artıq milli ənənə halını almış bu bayram hər bir azərbaycanlını sevindirir, Vətənin xoşbəxt gələcəyi naminə onun qollarına qüvvət gətirir, millətin tərəqqisi üçün sarsılmaz iradə bəxş edir.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.  Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir: Ulu Öndər Heydər Əliyevin sözləri hər birimizin xatirindədir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” 2001-ci ildə ulu öndərimizin təşəbbüsü ilə Bakıda keçirilmiş dünya azərbaycanlılarının I qurultayında bu böyük hikmətin təcəssümünü gördük. Sonrakı illərdə keçirilmiş qurultaylar da azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsində, milli özünüdərk prosesinin formalaşmasında, milli-mənəvi birliyimizin, dövlətçilik prinsiplərimizin inkişaf etdirilməsində növbəti ciddi addımlar oldu. O, dəfələrlə bəyan etmişdi ki, harada yaşamasından və fəaliyyət göstərməsindən, hansı ictimai qurumda çalışmasından asılı olmayaraq azərbaycanlıların  dünya ailəsində tanınmasının ilkin şərti  azərbaycançılıq ideologiyasıdır, bu ideologiyanı hər bir həmvətənimiz və soydaşımız əl-ələ verib inkişaf etdirməli, gələcək nəsillərə çatdırmaqda səylərini əsirgəməməlidir. Onun vaxtilə dediyi bu sözlər yaxşı xatirimizdədir:  «Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır». Bu əziz bayram məqamında bir daha minnətdarlıq hissi ilə qeyd etməliyik ki, dahi rəhbərimiz xalqımızın xoşbəxt gələcəyini milli birlikdə görürdü və bu məqsədə çatmaqdan ötrü ömrünün son anlarına kimi öz canını-qanını əsirgəmədi, dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlıların bir doğma ideya –  azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsinə elə bir töhfə verdi ki, bu, əsrlər boyu nəsillərin xatirəsində yaşayacaq.

                                                                                         Rövşən Mirzəyev,

    Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

 Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir