• Ç. Noy 27th, 2024

Ulu Öndərin qoyduğu təməl üzərində

ByVuqar Ferzeliyev

Apr 17, 2024

        Ulu Öndər Heydər Əliyev Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol, əslində, 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.

        Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. O vaxtlar bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökumətinin müvafiq qərarları olmuşdur.

       “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

       Hamımıza məlumdur ki, mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndis-suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Ulu Öndər bunu yaxşı görürdü və bu gün həyata keçirilən möhtəşəm tədbirlərin əsasını qoymuşdur. Bu günlərdə Prezident İlham Əliyev tərəfindən Şirvan suvarma kanalının təməlinin qoyulmasının da vaxtı çatmışdı.  Dövlət başçısının qeyd etdiyi kimi, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələriarasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır.

       Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Seindirici haldır ki, Ulu Öndərimizin başladığı işlər uğurla davam etdirilir və Yuxarı Şirvan kanalı da yenidən qurulduqdasonra iqtisadiyyatımızın yüksəlməsinə layiqincə xidmət edəcəkdir. Əminik ki, Prezidentimizin verdiyi bütün tapşırıqlar dəqiq yerinə yetiriləcək, bu layihələrin icrası da tam təmin ediləcək.

Fərid Quliyev,

Cəlilabad rayon Suvarma Sistemlər İdarəsində baş mexanik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir