Azərbaycanda COVİD- 19 pandemiyası dövründə aparılan siyasət və bu siyasətin davam etdirilməsi üçün həyata keçiriləcək tədbirlərdən danışarkən cənab Prezident qeyd etmişdir ki, görülmüş tədbirlər öz səmərəliliyini göstərir. Azərbaycan o ölkələrdəndir ki, bu çətin sınaqdan şərəflə şıxdı. MDB məkanında Azərbaycan vaksinasiyaya start verən ilk ölkə olmuşdur. Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki dozu alıb. Eyni zamanda 1 milyon 500 min nəfərdən çox adam buster dozasını alıb. İndi əsas məsələ odur ki, hamı özünü qorumalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib ki,
“Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm”, – dövlət başçısı vurğulayıb.============================
Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə – bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım .
Azərbaycan MDB məkanında birinci ölkə idi ki, vaksinasiyaya start verdi. Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etdi. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Üç dəfə vaksinin vurulması hər kəsə tövsiyə olunur;
Ölkəmizə bütövlükdə 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinika COVID xəstələrinin sərəncamına verildi. Azərbaycan xəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. 9 min çarpayı boşdur. Önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. Gəlin ayıq-sayıq olaq. Bu xəstəlik elə düşməndir ki, yaşa da baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Lakin bu tədbirlər kifayət etmir. Mütəxəssislər deyirlər ki, üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Gülər İsgəndərova