Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanı yeni zirvələrə dogru aparmaqdadır. Xüsusilə Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur. Bu haqda mövqeyinizi eşitmək maraqlıdır Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü kimi dəyərləndirilir.
Dövlətimizin başçısı Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və El¬vin Paşayevi Göygöl rayonlarına icra hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı vətəndaşların sosial rifahını daha da yüksəltmək tədbirləri barədə ətraflı bəhs edib. Ölkə rəhbəri sözügedən məsələnin respublikada davamlı xarakter daşıdığını vurğulayaraq, ötən illər ərzində işsizliklə bağlı ciddi addımlar atıldığını, ödənişli sosial işlərin yaradılmasının geniş vüsət aldığını da diqqətə çatdırıb. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inki¬şafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələrinin uğurla icra edilib, uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin demək olar ki, aradan qaldırıl¬ıb.
Görüşdə Prezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də şəhid ailələrinin və qazilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu. Ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri ölkəmizdə yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri də daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir - dördüncü nəsil protezlərlə təmin olunublar. Ölkə başçısı çıxışında bir daha bildirdi ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdırlar.
Beləliklə, Azərbaycanın davamlı səciyyə daşıyan sosial siyasətində canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı göstərilməsi xüsusi yer tutur. Prezident İlham Əliyev bu haqqında söz gedən çıxışında istiqamətdə ölkəmizdə aparılan siyasətin özəlliyinə diqqət çəkib.
Şəfaqət Bayramova, SXA Cəlilabad rayon üzrə mütəxəssisi