• C. Noy 29th, 2024

VAKSİNASİYA KORONAVİRUS ƏLEYHİNƏ MÜBARİZƏNİN TƏRKİB HİSSƏSİDİR

ByYenigun.news

İyn 23, 2021

Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Bu, artıq heç kimə sirr deyil. Dünyanın bir çox ölkələri eyni zamanda fəal şəkildə əhalini koronavirus infeksiyasına qarşı aşılamağa davam edir və Azərbaycan da COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır. Ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Azərbaycan dövlətinin pandemiyanın ilk günlərindən beynəlxalq təşkilatlarla qurduğu təmasların, işlərin düzgün təşkilinin nəticəsidir ki, ilkin mərhələdə ölkəyə 4 milyon doza vaksinin gətirilməsi təmin edildi və proses uğurla davam etdirilir. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycan bu prosesə başladı. Bu, dövlətin öz vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi önəmin təzahürü idi. Hazırda ölkədə vaksinasiyanın həyata keçirilməsi bu prosesin vacib elementlərindən biridir.

    Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə peyvənd olunmaq, ilk növbədə, hər kəsin sağlamlığı üçün çox vacib məsələdir. Dövlətimizin səyi nəticəsində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alınmşdır və ölkəmiz əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. Peyvənd süni immunitet yaratmaqla virusa qarşı mübarizəni asanlaşdırır. Mütəxəssislərin fikrincə, peyvənd olunanların əksəriyyəti virusa yoluxmur, yoluxanlar isə xəstəliyi yüngül keçirirlər. İmmuniteti formalaşdırmaq üçün orqanizmə müəyyən qədər vaxt lazım olduğundan həmin dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir. Tibbi maska, karantin və sosial məsafə yenə də riayət edilməli ən vacib məsələlər olaraq qalır.

   İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş və müntəzəm işlədilir.  Müntəzəm immunlaşdırma üçün istifadə olunan bütün vaksinlər xəstəliklərin profilaktikasında olduqca vacib və effektlidir. Əksər vaksinlər xüsusilə qarşısı alınmağa yönələn xəstəliklərlə müqayisədə təhlükəsizdir və yanakı təsirləri cüzidir. Ciddi ağırlaşmalara nadir hallarda rast gəlinir.

  Vaksinlərin köməyi ilə ağrıların, əlillik və ölümün qarşısını almaq olar. Bundan başqa, vaksinlərin köməyi ilə infeksiya ö türülməsini məhdudlaşdırmaq, səhiyyə sisteminə düşən yükü azaltmaq, səhiyyənin başqa məqsədləri üçün istifadə edilə biləcək vəsaitə qənaət etmək olar. İmmunlaşdırma xəstəliklərlə mübarizədə və hətta onların ləğv olunmasında sınanılmış vasitədir. 19671977ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən keçirilmiş immunlaşdırma kampaniyası sayəsində həqiqi çiçək xəstəliyinin ləğvi buna misaldır. Yüksək xəstələnmə riski olan bəzi ölkələrdə anaların və yenidoğulmuşların tetanus xəstəliyinin ləğvi üzrə intensiv iş aparılır

   Beləliklə, əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dö vlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir.

  “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Qeyd edilən strategiyanın əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Əlbəttə, düşünürəm ki, vaksinin müsbət təsirlərini yaxın vaxtlarda görəcəyik. Çünki bu faktor dünya təcrübəsində özünü təsdiq edib.

Anar Sadatov, Cəlilabad RİH məsləhətçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir