• C. Noy 29th, 2024

Xalq öz seçimini edib

ByVuqar Ferzeliyev

Yan 12, 2024

        Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində birmənalı olaraq vurğuladı ki, biz tariximizdə yeni mərhələyə başlayırıq, yeni dövrün yeni hədəfləri olmalıdır, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilmiş dövrdür. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Lakin hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan bəzi naqis hərəkətlər bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil.

       Qeyd edək ki, 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu dövrü də əsaslandırmış olur, dövrə yekun vurur. Prezident İlham Əliyevin prezident fəaliyyətinin 20 ili tamamlanması da bu dövrə düşür. Fikir verin, ötən ilin sentyabr ayında suverenliyimiz tam bərpa olunub, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik.

      İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerindəkeçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır. Növbədənkənar prezident seçkilərinin səbəblərinin hansı zərurətdən yaranması tezisini Azərbaycan xalqı bütün reallıqları ölkə başçısından eşitdi.

       Növbədənkənar seçkilər bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək və bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq. Bu böyük tarixi hadisədir.

        Xalqımızın prezident seçkilərində doğru seçim edəcəyinə əminik. Ona görə ki, hazırda əsas güc mənbəyimiz Prezidentimizin ideyalarıdır. Bu ideyaların mayası isə cəmiyyətin və xalqın birliyindədir.  Birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən.

       Bizim Ali Baş Komandanımız öz tədbirləri ilə ordumuza həm silah, həm də döyüş ruhu verdi. İlham Əliyevin qalib dövlətin Ali Baş Komandanı kimi yüksək reytinqi var. Hazırda ölkədə Prezidenti İlham Əliyevlə seçkilərdə ciddi rəqabət apara biləcək siyasi xadim yoxdur.

    Yusif İsmayılov,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin direktor müavini    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir