Bölgələrdə Prezident İlham Əliyevin hörmətlə qarşılanmasının xalq-iqtidar
birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin
tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki
qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması
ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin
ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin
rəsmiləşdirilməsi deməkdir. Prezident İlham Əliyev Hadrutda və Şuşada olarkən
görüşündə söyləyib ki, Zəfərdən danışarkən, əlbəttə ki, biz xalqımızın həmrəyliyini
qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim
arxamda dayandı, bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və
belə də oldu. Azərbaycan tarixi Zəfər çaldı. Bu müharibə haqqında hələ çoxlu
kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər.
Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir
daha gördüm Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın
olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri
gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir
ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar, –
deyə dövlətimizin başçısı bildirib.
30 illik həsrətə son qoyan dahi lider Heydər Əliyevin siyasətini layiqincə
davam etdirən ölkə başçısı xalqa böyük sevinc yaşatdı və yaşatmaqdır. Cənab
Prezidentin iradəsi nəticəsində yurdundan və obasından ayrı düşmüş ölkə
vətəndaşlarını öz isti ocaqlarına qovuşdurdu. Xalq bir daha ölkə başçısının yanında
olduğunu, cənab prezidentin vətəninə və ölkə vətəndaşlarına bağlılığını öz gözləri
ilə gördülər həmçinin şahidi oldular. Dövlətimizin başçısə Şuşanın məşhur Cıdır
düzündə çıxışında söylədiyi kimi, Azərbaycan xalqı işğal altındakı torpaqları azad
etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin
bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu
müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq.
Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Şuşada təşkil olunan
tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus
olmasını təsdiqləyir. Şuşada Cıdır düzündə yenə də Azərbaycan musiqisinin səsi
gəlir. “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir
hissəsi videoformatda təqdim edildi. Necə böyük inamla, necə böyük sevgi ilə
Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Bundan
sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda
Azərbaycan muğamı əbədi səslənəcəkdir.
Var olsun Azərbaycan xalqı, yaşasın Azərbaycan Ordusu, Allah cənab
Prezidenti qorusun.
Hafiz Cavadov