Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı kontingentin tərkibindəki Rusiya hərbçiləri ilk dəfə olaraq Qarabağda Rusiya Federasiyasının Dövlət Bayrağı gününün təntənəli qeyd olunmasında iştirak ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Rusiya hərbi kontingentinin baş qərargahının yerləşdiyi Xocalı hava limanı ərazisində keçirilən tədbir Rusiya Federasiyası himninin sədaları altında Rusiya Dövlət Bayrağının qaldırılması ilə başlanıb. Uzunluğu 50 metr, eni 5 metr olan bayrağı, onun Moskvada hazırlanıb Qarabağa gətirilməsini təşkil etmiş “Biz birik” ümumRusiya forumunun rəhbəri, erməni mənşəli Armen Karenoviç Gülnazarov təqdim edərək Rusiya hərbçilərini təbrik edib.