Azərbaycanın malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün atdığı davamlı addımlar bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderilyini qorumasında, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın coğrafi mövqeyi, əlverişli tranzit imkanları ölkələr, xalqlar arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsində stimulverici amildir. Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda çox mühüm müddəalar əks olunmuşdur
Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Günümüzün reallıqları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun təqdimatıdır.
Qısaca təhlil etsək görərik ki, Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artdığını təsdiqləyir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməsi, uğurlu nəticələrə nail olması ölkəmizin dünyada söz sahibliyinin mühüm göstəricilərindən biridir. Dünyanın enerji təhlükəsizliyinin təmin edlməsinə davamlı töhfələr verən Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi bu günlərdə ölkəmizdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında geniş təhlil edildi. Azərbaycanın hazırda 16 ölkəyə qaz ixrac etdiyi xüsusi vurğulandı. Bildirildi ki, hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir ki, Azərbaycanın bu sahədə malik olduğu potensial yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. COP 29 tədbirinin ardınca Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bir daha malik olduğumuz imkanların, təcrübənin təqdimatında uğurlu səhifə kimi tarixə yazılacaq.
Bir sözlə, keçirilən tədbirlər, cənab İlham Əliyev tərəfindən atılan hər bir addım Azərbaycanın bütün sahələrdə zəngin təcrübəyə malik olmasını təsdiqləyir.
Yeganə Rzayeva,
Cəlilabad şəhəri, 9 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
