• Bz. Sen 29th, 2024

Yeni imkanlar çox böyükdür

ByVuqar Ferzeliyev

Sen 28, 2024

       Azərbaycanın iqtisadi inkişaf tempi dinamikdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar strategiyası miqyasına görə olduqca genişdir. Ötən 20 il ərzində Azərbaycan nəinki dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanınıb, həm də daha sürətlə dəyişən ölkə imici qazanıb. Bu, dünya miqyasında çox az rast gəlinən nümunədir. Bu model çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühit yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də 2024-cü ilin ötən ayları ərzində əldə edilən uğurlar və görüləcək işlər müzakirə olunub.
       Cənab Prezidentin müşavirədə çıxış edərkən dediyi kimi, bu il də iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər də bunu təsdiq edir. İqtisadi artımın 4,3 faiz təşkil etməsi bugünkü dünyada gedən proseslərə rəğmən çox müsbət göstərici hesab edilməlidir. Azərbaycanın iqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələri üstələyir. Qeyri-neft sektorunun 7 faiz artımı da müsbət haldır. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. Dövlət başçısının vurğuladığı kimi, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olub. Bu da çox müsbət göstəricidir. Bu gün ölkə qarşısında duran vəzifələr, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun bərpası böyük maliyyə vəsaiti tələb edir. Böyük əminliklə deyə bilərik ki, gələn il də ölkəmizdə iqtisadi inkişaf tempi yüksək səviyyədə olacaq.

Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Dəmir yol şəbəkəsi inkişaf olunmalıdır. Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri – avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib.

Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.

Ələkbər Dövlətov,

Lənkəran-Regional Qaz İstismarı İdarəsinin

rəisinin Cəlilabad rayonu üzrə müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir