• Ç. Apr 30th, 2025

Yeni layihələr ölkələrimizə çox böyük səmərə gətirəcək

ByVuqar Ferzeliyev

Apr 29, 2025

       Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərindən bir neçə gün sonra Pezeşkianın Azərbaycana səfər etməsi qlobal layihələrlə bağlı yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Həm siyasi, həm iqtisadi, həm logistik baxımdan İranla da müzakirələr indiki mərhələdə vacib məsələdir. Bu səfərdən sonra Tehranın ötənlərdə aparmış olduğu yanlış siyasət nəticəsində iki ölkə arasında məlum gərginliklərin də aradan qalxacağı gözləniləndir. Şübhəsiz, İran Azərbaycanın regionda ən böyük oyunçu olmasının fərqindədir və ölkəmizlə gərginliyi aradan qaldırmaqdan başqa yol olmadığı qənaətindədir.

       Səfər zamanı cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda göstərilir ki,  İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri mövcuddur. Cənubi Azərbaycanda 40 milyon civarında soydaşımız yaşayır. Son günlərdə Pezeşkianın Azərbaycan türkcəsində şeirlər səsləndirməsini də səfər ərəfəsində müəyyən bir mesaj olduğunu düşünə bilərik. Qarşılıqlı etimad fonunda strateji əməkdaşlıq inkişaf etdikcə, İranla ikitərəfli ticarət dövriyyəsindəki artım daha da yüksələcək.

      Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir – Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.

       Prezident İlham Əliyev bəyan etmişdir ki, biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

Xumarə Xəlilova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir