Mayın 30-da İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri çox uğurlu oldu. Bir daha gördük ki, İsrail Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu cəhətdən İsrail liderinin mətbuat konfransında söylədiyi fikirlər də hamımızda dərin maraq və tərəfdaşlıqımızın daha da genişləndirilməsinə dərin inam oyadıb.
Cənab İlham Əliyev öz bəyanatında bildirib ki, “İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir. Biz səfərdən sonra müsbət dinamikanın şahidi olacağıq. Çünki baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur”. “Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır”, – İsrail Prezidenti Bakıya səfər təəssüratını bölüşərkən vurğulayıb.
Dövlət başçılarının Bakıda səsləndirdikləri fikirlər təkcə hər iki ölkənin deyil, eyni zamanda dünyanın diqqət mərkəzində böyük rezonans yaradıb. Liderlər vurğulayıblar ki, bütün layihələr şübhəsiz ki, uğurlu olacaqdır. İsrail Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ona görə ki, Azərbaycan qanuna tabe ölkədir. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq. Biz regionumuzda rəqəmsal transformasiya ilə bağlı ön sırada olanlardan biri olmağı planlaşdırırıq. Bu, böyük potensialı olan sahələrdə müasir texnologiyaları cəlb etmək və tətbiq etmək üçün hökumətimizin ümumi strategiyasıdır.
Bütün bunlar göstərir ki, Azərbaycanla İsrail arasında əlaqələr uğurla inkişaf edir. İsrailin Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri dövlətlərimizin münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidr. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir.
İlqar Həsənov,
Göytəpə şəhər bələdiyyəsinin sədri