• Be. Noy 25th, 2024

Yenilikçi dövlət başçısı, qalib Ali Baş Komandan

ByVuqar Ferzeliyev

Apr 6, 2022
    2018-ci ilin aprel günləri tarixin yaddaşında bizim üçün lap dünənki gün qədər yaxındır. Azərbaycan xalqı o zaman əmin idi ki, prezident seçilmək üçün irəli sürülən namizədlər içərisində məhz İlham Əliyev ulu öndər Heydər Əliyevin qoyduğu yolla gedəcək, onun müqəddəs işini uğurla davam etdirəcək, Azərbaycanı tutduğu yolla daha da irəli aparacaq.

Xalqımız yanılmadı. 2018-ci il seçkilərindən keçən zaman kəsiyi ərzində Azərbaycan Prezidenti nəinki öz ölkəsini sürətlə və iri addımlarla irəli apardı, eyni zamanda onun özü də bu mürəkkəb, keşməkeşli dünyanın ən seçilib-sayılan, sözü keçən görkəmli dövlət xadimi kimi böyük nüfuz qazandı. Bu gün Azərbaycan xalqı haqlı qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz uğur dalınca uğura qovuşur, ölkə başçısı doğma xalqının, el-obasının qayğıları ilə yaşayır. Qurucu Prezident gecə-gündüz xalq içərisindədir. Yurdun bütün bölgələrində quruculuq-abadlıq işlərinə şəxsən özü rəhbərlik edir.
Prezident Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Prezident İlham Əliyevi müasir dövrün yeni lideri hesab etmək olar. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 18 ildən artıq müddətdə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı. Ərazi bütövlüyümüzün bərpa olunması, Qarabağın bərpası və Böyük Qayıdış strategiyasıPrezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.
İlham Əliyev böyük qəhrəmanlıq nümayiş etdirərək ulu öndərin vəsiyyətini yerinə yetirdi, düşmənə məğlubiyyət aktına imza atdırdı. Bu imza dünya ailəsində atılmış ən möhtəşəm imzadır, deməli, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səyləri sayəsində daim sayılıb-seçilən ölkələrdən biri kimi planetin üzərində söz sahibi olacaq, daha da şöhrətlənəcək.
Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Doğma torpaqlarda yaşayıb rahat ömür sürmək bizim haqqımızdır. Buna görə cənab Prezidentə minnətdarlığımızı bildirir və onunla fəxr edirik.

Ağaxan Ağayev, Cəlilabad RTŞ-nin müdir əvəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir