Müttəfiqlik qarşılıqlı fəaliyyət üzərində praktiki iş Ulu Öndər Heydər Əliyevin sayəsində müstəqilliyimizin ilk illərində başlanıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Müstəqil Dövlətlər Birliyi ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Prezidentlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Müvafiq ekspert qrupları tərəfindən praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən sənədlər razılaşdırılıb. Tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında qurublar.
Prezident İlham Əliyevin cari ilin 7-8 tarixində Moskvaya səfəri əməkdaşlığın yeni parlaq nümunəsi oldu. Bu səfərin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında münasibətlərimizin dünəninə, bugününə diqqət yönəldərək Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqust ayında ölkəmizə dövlət səfəri zamanı Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyini bildirdi.
Ümumiyyətlə, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu.
Prezident İlham Əliyev sammitdə bəyan edib ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk. Dövlət başçısı MDB dövlət başçılarını, onların nümayəndələrini, müvafiq qurummənsublarını bu mühüm beynəlxalq tədbirdə iştiraka dəvət edib.
Hər dəfə olduğu kimi, bu səfər də ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.
Vüqar Cavadov,
Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun müdiri