• C. Noy 29th, 2024

Zəfərimizə kölgə salmaq riyakar cəhddir

ByVuqar Ferzeliyev

Fev 5, 2024

Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında qeyd olunur ki,  Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması ölkəmizin ədalətsizliyə qarşı mübarizəsinin daha bir göstəricisidir. Bu quruma daxil olduğumuz ildən bu günədək AŞPA Azərbaycana ancaq təzyiq etmək yolunu tutub. Yəni, bu qurum daim ermənilərin, onları müdafiə edənlərin diktəsi ilə qərarlar qəbul edirdi. Keçən ilin oktyabrında da biz onların ədalətsiz münasibətini gördük. Bütün bunlar Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. Yəni, AŞPA-nın sanki Azərbaycana təzyiq etməkdən başqa vəzifəsi yoxdur.

Bu gün Avropada insan hüquqlarının tapdalandığını, Fransa da daxil olmaqla, bir sıra ölkələrdə kənd təsərrüfatı işçilərinin yürüşlərinin keçirildiyini vurğulayan deputat deyib ki, həmin etirazlara artıq zirehli texnikalar vasitəsilə müdaxilələr olunur. Bəs niyə Avropa Şurası onlarla bağlı hər hansı bir qərar çıxarmır? Amma Azərbaycan öz hüquqlarını qorumaq əzmində olduğu, torpaqlarını işğaldan azad etdiyi, bütövlükdə dünyanın separatizmdən əziyyət çəkdiyi bir vaxtda bir presedent yaradan, separatizmin kökünü kəsən ölkəmizə qarşı təzyiqlər artır.

       Gün kimi aydındır ki, Zəfərimizə kölgə salmaq istəyirlər. Ancaq anlamalıdırlar ki, biz qələbəni, döyüş meydanında, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Müasir dünyada isə beynəlxalq hüquq mexanizmləri işləmir. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir;

       Beynəlxalq aləmin əsas oyunçuları bizi ittiham etməyə, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Ona görə də bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir. Artıq Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüzdür. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişik. Ermənistan dövlətinin tör-töküntüləri və bəzi yerli separatçılar faktiki olaraq özləri özlərini humanitar yardımdan məhrum etmişlər.

        Prezident İlham Əliyevin çıxıçında deyildiyi kimi, Qarabağın erməni əhalisi vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər. İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər və biz də imtina etmədik. Azərbaycanın  mövqeyi bir çox Avropa ölkələrini, xüsusən də Fransa və Almaniyanı qane etmir. Amma biz ölkəmizin inkişafı üçün heç kimdən kömək gözləmədiyimiz kimi, heç kimə də möhtac deyilik. 

Elnur Əmirov,

                                                                 Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Göytəpə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir