• C. Noy 22nd, 2024

ZƏNGƏZUR DƏHLİZİ MÜTLƏQ AÇILACAQ

Byadmin

Sen 30, 2021

Hörmətli Prezidentimizin Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsi zamanı Zəngəzurun əhəmiyyəti xüsusilə vurğulanmışdır. Bütün yolların bərpası və Zəngəzur dəhlizinin yaradılması Ermənistana əhəmiyyətli üstünlüklər verir. Stivens qeyd edir ki, bölgədə nəqliyyat əlaqələrinin bərpası Yerevanın əsas iqtisadi problemlərindən birini – Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin bazarları ilə quru əlaqəsinin olmaması məsələsini də həll edəcək. Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir.

   Ermənistan İranla iqtisadi əlaqələrini də inkişaf etdirə bilər. Uzunmüddətli münaqişə zamanı Ermənistan ölkəni Azərbaycan vasitəsilə İranla birləşdirən dəmiryoluna çıxışını itirdi. Ona görə də bu dəmir yolunun bərpası Yerevanla Tehran arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək.

Müsbət dinamikaya baxmayaraq, 2020-ci ilin noyabr bəyanatının bütün bəndlərinin həyata keçirilməsində hələ də problemlər var. Laçın dəhlizi ilə erməni silahlı qüvvələrinin Qarabağ bölgəsinə göndərilməsinin davam edilməsi Azərbaycanın ciddi narahatçılığına səbəb olur ki, bu da bölgədə artan gərginliyə gətirə bilər.
Bugünkü reallıq belədir: Ermənistan kapitulyasiya Bəyanatına imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı. Cənubi Qafqazda iqtisadi imkanlar yarandı. Azərbaycan üçün münaqişə keçmişdə qaldı və indiki Qarabağ iqtisadi rayonunun gələcək alternativ statusu ilə bağlı aparılan istənilən danışıqlar qətiyyən qəbuledilməzdir. Əksinə, Ermənistan “öz müqəddəratını təyinetmə” əsasında Qarabağın gələcək statusu ilə bağlı israr etməkdə davam edir və bu, təkcə Cənubi Qafqazda deyil, həm də dünyamızın bir çox yerində sabitliyi və sülhü təmin edən beynəlxalq hüququn əsas prinsipləri olan ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət olmadıqda tərəflər arasında gərginliyin davam edəcəyini göstərir. Ermənistan onun üzərinə düşən öhdəlikləri icra etməyə məcburdur.
Ruslan Sadatov, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir