• C. Dek 27th, 2024

ABŞ-ın BMT-dəki səfiri Türkiyəyə gəlir

ByYenigun.news

İyn 2, 2021

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild 2-4 iyun tarixlərində Türkiyəyə səfər edəcək.

“Yenigun.news” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə amerikalı diplomatlardan məlumat əldə edilib. Bildirilir ki, Qrinfild ziyarəti zamanı Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə bir araya gələcək.

ABŞ-Türkiyə münasibətlərinin gücləndirilməsi, qlobal problemlər və Suriyada əməkdaşlığın inkişafı kimi məsələlərin müzakirə ediləcəyi səfər zamanı səfir Qrinfild Suriya sərhədini də ziyarət edəcək.

O, suriyalı qaçqınlara daha çox beynəlxalq humanitar yardım göstərmək və sərhədyanı yardımların davam edə bilməsi üçün daha çox sərhəd qapısı açmağın lazım olduğuna diqqət çəkəcək.

Qrinfild ABŞ dövlət katibinin müavini Vendi Şermanın ötən həftəki ziyarətindən sonra Türkiyəyə səfər edəcək ikinci yüksək səviyyəli ABŞ rəsmisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir