Avstriya hökuməti mayın 19-dan etibarən Avropa İttifaqının əksər ölkələrindən və bir sıra üçüncü ölkələrdən gələnlər üçün məcburi koronavirus karantinasını ləğv edəcək.
“Yenigun.news” “RİA Novosti”yə istinadən xəbər verir ki, imzalanmış yeni qərar iyunun 30-dək şərti olaraq qəbul edilib. Belə ki, Səhiyyə Nazirliyinin əmrinə əsasən karantinə alınmayacaq şəxslər peyvənd sertifikatına sahib olmalıdır. Yeni qaydaya əsasən, turizm məqsədilə Aİ-dən və bir sıra digər dövlətlərdən Avstriyaya gələn şəxslər 10 günlük karantinə alınmayacaqlar. Bunun əvəzində həmin şəxslərin vaksinasiya və ya mənfi test nəticəsi ilə bağlı “yaşıl pasportu” olmalıdır.
Bu şərtlərlə Avstriyaya Andorra, Avstraliya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, Lixtenşteyn, Yunanıstan, İrlandiya, İslandiya, İsrail, Latviya, Lüksemburq, Malta, Monako, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Cənubi Koreya, Çex Respublikası, Macarıstan və Vatikandan olan şəxslərin girişinə icazə veriləcək.