“Putinə mənim gündəmimin Rusiyaya və ya başqa bir ölkəyə qarşı olmadığını, bunun amerikan xalqı üçün olduğunu söylədim”.
“Yenigun.news” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib.
Amerika lideri bildirib ki, insan hüquqları məsələsi həmişə masada olacaq:
“Rusiya ilə razılığa gəlmək məsələsində konkret bir təməl formalaşdırdıq. ABŞ özünün və müttəfiqlərinin həyati mənfəətlərinə zərər verəcək bütün hərəkətlərə cavab verəcək. Putin də cavab verəcəyimin fərqindədir”.