Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək.
Yenigun.news xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild özünün tvitter hesabında yazıb.
“BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq”,deyə, o bildirib.
İclas açıq formatda keçiriləcək və saat 10:00-da (Bakı vaxtı ilə 18:00) başlayacaq. İclasda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland çıxış edəcək.